Sen 07, 2017 20:59 Asia/Baku
  • Myanma müsəlmanlarına qarşı soyqırımına etirazlar davam edir
    Myanma müsəlmanlarına qarşı soyqırımına etirazlar davam edir

Myanma dövləti və buddistlər tərəfindən ruhinqa müsəlmanlarının qırğın edilməsi dünyanın müxtəlif ölkələrində etirazlara səbəb olub.

İRNA-nın verdiyi məlumata görə, Hindistanda minlərlə adam bu gün aksiya keçirərək Myanma ordusu və buddistlərin ruhinqa müsəlmanlarına qarşı qətliamını pisləyib.

Aksiyaçılar həmçinin Hindistanın baş naziri Narendra Mudinin Myanmaya səfərinə etiraz edərək hökumətdən Myanma müsəlmanlarının qırğınına son qoymaq üçün bu dövlətə təzyiq göstərməsini istəyiblər. 

Pakistan, İndoneziya, Malayziya və Hindistanın nəzarətində olan Kəşmirdə də Myanma ordusunun ruhinqa müsəlmanlarına qarşı anti-bəşəri cinayətləri əleyhinə etiraz aksiyaları keçirilib. Nemayişçilər ruhinqa müsəlmanlarının qətliamını pisləyərək bu cinayətin durdurulmasını istəyiblər. 

Banqladeş dövlətinin bildirdiyinə görə, bu ölkəyə qaçan ruhinqa müsəlmanlarının Myanmaya qayıtmalarına mane olmaq üçün Myanma dövləti sərhədlərə mina quraşdırıb. 

Myanma dövləti BMT müfəttişlərinin Myanma müsəlmanlarına qarşı qırğınlar, işgəncələr və qrup şəklində təcavüzlər eləcə də müsəlmanların yandırılması barədə hesabatını rədd edərək BMT müfəttişlərinin və BMT faktaraşdırıcı qrupun bu ölkəyə daxil olmasına icazə verməmişdir. 

BMT ekspertləri bu gün bildiriblər ki, Myanmada zorakılığa məruz qalaraq Banqladeşə qaçan müsəlmanların sayının 300 min nəfərə çatacağı gözlənilir.  

Teqlər