Raxin vilayətinə humanitar yardımlara imkan yaradılsın
ABŞ Dövlət Departamentinin sözçüsü Myanma müsəlmanlarına humanitar yardımlara şərait yaradılmasını istəyib.
FransPress-in verdiyi məlumata görə, ABŞ dövlət departamentinin sözçüsü Heder Naurt dünən Myanma müsəlmanlarının durumundan nigaranlıq ifadə edərək deyib: Amerikalı diplomatlar Myanma rəsmiləri ilə təmasdadırlar amma Raxin vilayətində müsəlmanların durumu barədə təsdiqini tapmış məlumatların əldə olunması çətindir.
Avqustun 25-dən bəri Myanma ordusunun Raxin əyalətində Ruhinqa müsəlmanlarına qarşı yeni repressiv və təcavüzkar hücumları zamanı mindən çox insan ölüb və təqribən yüz min nəfər də didərgin düşübdür.
Raxin əyaləti 2012-ci ildən bəri Myanma ordusu və buddistlər tərəfindən Ruhinqa müsəlmanlarına qarşı hücumların şahididir. Bir milyon Ruhinqa müsəlmanı Myanmada vətəndaşlıq hüquqlarından məhrumdur.