Yüz minlərlə ruhinqalı müsəlman Banqladeşə üz tutub
https://azeri.sahartv.ir/news/dünya-i281759-yüz_minlərlə_ruhinqalı_müsəlman_banqladeşə_üz_tutub
BMT-nin didərginlər agentliyi bir hesabatda bildirib ki, ötən iki həftədə təqribən 300 min ruhinqalı müsəlman Myanmadakı zorakılıqlardan yaxa qurtarmaq üçün Banqladeşə qaçıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 16:26 Asia/Baku
  • Yüz minlərlə ruhinqalı müsəlman Banqladeşə üz tutub

BMT-nin didərginlər agentliyi bir hesabatda bildirib ki, ötən iki həftədə təqribən 300 min ruhinqalı müsəlman Myanmadakı zorakılıqlardan yaxa qurtarmaq üçün Banqladeşə qaçıbdır.

BMT-nin didərginlərin məsələləri üzrə baş komissarlığı bu gün bu hesabatda həmçinin vurğulayıb: Banqladeşdə mövcud olan iki düşərgədə didərginlərə sığınacağın verilməsi üzrə məhdud imkanlar çoxdandır ki, başa çatıb və didərginlər hazırda Banqladeşin Teknaf və Uxiya məntəqələrində müvəqqəti çadırlarda məskunlaşdırılıblar.

Bu hesabatda əlavə olunur: Mühacirlərin böyük bir hissəsini acınacaqlı şəraitlə üzləşən qadınlar və uşaqlar təşkil edirlər.

Belə bir halda, Malayziya rəsmiləri bildiriblər ki, Myanma ordusunun və radikal buddistlərin qanlı hücumlarından dəniz yolu ilə qaçaraq, Malayziyanın sahil sularına daxil olan ruhinqalı müsəlmanları müvəqqəti sığınacaqlarda məskunlaşdıracaqlar.

Malayziya hazırda yüz mindən yuxarı ruhinqalı müsəlmana sığınacaq veribdir.