Sen 09, 2017 13:21 Asia/Baku
  • Avstriya müsəlmanları Rohinqya müsəlmanlarına qarşı zorakılıqların durdurulmasını istədilər
    Avstriya müsəlmanları Rohinqya müsəlmanlarına qarşı zorakılıqların durdurulmasını istədilər

Avstriyada yaşayan müsəlmanlar BMT-nin ofisi önündə aksiya keçirərək, Myanma hökumətinin Rohinqya müsəlmanlarına qarşı zorakılıqlarına etiraz ediblər.

İRİB-nin verdiyi məlumata görə, onlarla müsəlman cümə günü BMT-nin ofisi önündə keçirilən bu aksiyada Myanma hökumətinin müsəlmanlara qarşı zorakılıqlarını insan haqlarının ən kobud şəkildə pozulması adlandırıblar. 

Banqladeş, Pakistan, Əfqanıstan və digər ölkələrdən olan müsəlmanların qatıldığı bu aksiyada çıxış edənlər Myanma xarici işlər naziri Anq San Suçinin bu cinayətlərə görə məsuliyyət daşıdığını bildirərək, Anq San Suçiyə verilmiş Nobel Sülh Mükafatının geri alınmasını istəyiblər. 

Aksiya iştirakçıları Anq San Suçini dünya sülhü üçün ciddi təhlükə adlandırıb və deyiblər: Suçi müsəlmanları qırğın etmək və qorxutmaqla dini azadlıqları milli və dini azlıqların hüquqlarını və demorkatiyanın prinsiplərini kobud şəkildə pozmuş olub. 

Aksiya iştirakçıları Rohinqya müsəlmanlarına qarşı törədilən cinayətlərlə bağlı fotoşəkillər daşıyaraq, BMT və dünya ictimaiyyətindən bu cinayətlər qarşısında sakit qalmamasını istəyiblər. 

Myanma hökuməti 2 həftə öncə Rohinqya müsəlmanlarına qarşı yeni kütləvi zorakılıq və soyqırımına başlayıb. Bu müddət ərzində Rohinqya müsəlmanlarına məxsus 150 kənd yandırılaraq, məhv edilib. Mindən çox insan öldürülüb. Yüz minlərlə insan həyatda qalmaq üçün öz evini tərk edərək, Banqladeşə sığınmağa məcbur olub. 

Teqlər