Sen 10, 2017 14:37 Asia/Baku
  • Nyu-York Tayms: Tramp elmin düşmənidir
    Nyu-York Tayms: Tramp elmin düşmənidir

Müxtəlif sektorlara nalayiq şəxslərin təyin olunması və anti-ekologiya hərəkətləri ABŞ prezidentini belə bir ittihamla üzləşdiribdir ki, onun elm, tədqiqat və ixtisasa o qədər də inamı yoxdur.

Nyu-York Tayms qəzeti dərc etdiyi bir məqalədə Amerikada milli elmlər akademiyasının, mühəndis və həkimlərin avqustun 18-də bu ölkənin daxili işlər nazirliyindən aldıqları təlimata işarə edir. Bu təlimatda vurğulanır ki, daş kömür mədənlərindəki insan təhlükələri və xərçəngyaradan xətərlərlə bağlı bütün araşdırmalar dayandırılsın.

Amerikanın daxili işlər nazirliyi bu təlimatın səbəbini qeyd olunan araşdırmaya yüz min dollardan yuxarı xərcin çəkilməsi elan edibdir.

Nyu-York Tayms həmçinin az stajlı və qeyri-elmi şəxslərin Ağ Evin hökmü ilə həssas vəzifələrə təyin olunmalarından xəbər verib və onları "elm ilə savaş" adlandırıbdır.

Teqlər