Sen 12, 2017 11:34 Asia/Baku
  • Qasırğa yüz minlərlə çinlini didərgin etdi
    Qasırğa yüz minlərlə çinlini didərgin etdi

Çinin cənub-şərqinə yaxınlaşmaqda olan Talium(Thallium) qasırğası yüz minlərlə insanın öz evini tərk etməsinə səbəb olub.

İRNA-nın məlumatına görə, "Talium" qasırğası ötən şənbə günündən Filippindən başlayıb və Tayvan adası habelə, Çinin cənub şərqində yerləşən Fuciyan vilayətini təsir altına alacaq. 

Talium qasırğası cari milad ilində Çində baş verən ən güclü qasırğa sayılır. Qasırğanın daha çox dağıntılara və xəsarətlərə səbəb olmasını önləmək üçün məktəblər və idman zalları ümumi sığınacaqlara çevrilib. 

Bundan öncə "Hatu" adlı qasırğa Çinin cənubunda onlarla insanın ölməsinə səbəb olmuşdu. 

Teqlər