Təhlükəsizlik Şurası Şimali Koreya əleyhinə bəyanat verdi
BMT Təhlükəsizlik Şurası bir bəyanat verərək Şimali Koreyanın cümə günü keçirdiyi raket sınağını son dərəcə təhrikedici adlandırıb və onu pisləyib.
France Pressin məlumatına görə, BMT Təhlükəsizlik Şurası bir bəyanatda Şimali Koreyadan öz raket sınaqlarına son qoymasını istəyib.
ABŞ və müttəfiqləri 11 sentyabrda da Təhlükəsizlik Şurasına təzyiq göstərərək Şimali Koreya əleyhinə yeni sanksiyanı təsdiqlədilər.
Cümə günü gecə Şimali Koreya Pxenyanda Sunan bölgəsindən orta mənzilli ballistik raketi atdı. Bu raket Yaponiyanın Hokaydo adasını keçərək adanın cənubunda suya düşdü.
Şimali Koreya dəfələrlə bildirib ki, ABŞ-ın Pxenyan əleyhinə sanksiya və təzyiqləri davam etdiyi vaxta qədər, önləyici addım olaraq öz raket və nüvə qüdrətini gücləndirəcək.