İŞİD London metrosundakı aktın məsuliyyətini üzərinə götürüb
https://azeri.sahartv.ir/news/dünya-i282511-İŞİd_london_metrosundakı_aktın_məsuliyyətini_üzərinə_götürüb
İŞİD terror qruplaşması cümə günü Britaniya paytaxtı London metrosunda partlayışın məsuliyyətini üzərinə götürüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2017 05:39 Asia/Baku
  • İŞİD London metrosundakı aktın məsuliyyətini üzərinə götürüb

İŞİD terror qruplaşması cümə günü Britaniya paytaxtı London metrosunda partlayışın məsuliyyətini üzərinə götürüb.

France Pressin məlumatına görə, Britaniya baş naziri Tereza Mey bu ölkənin milli təhlükəsizliyini hədəf alan təhdidlərlə əlaqədar xəbərdarlıq səviyəsini kritik elan edib. 

Bu o deməkdir ki, Britaniya hökuməti başqa bir terror aktının baş verməsi ehtimalını inkar etmir. 

Cümə günü London şəhəri metro vaqonlarından birində partlayış nəticəsində azı 29 nəfər yaralanıb.