Sen 16, 2017 11:52 Asia/Baku
  • İranın ilk humanitar yardımı Banqladeşə çatdı
    İranın ilk humanitar yardımı Banqladeşə çatdı

İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin myanmalı müsəlman didərginlər arasında paylanması üçün nəzərdə tutulan ilk humanitar yardımı Banqladeşə daxil olub.

İRNA-nın məlumatına görə, İran İslam Respublikası Qırmızı Aypara Cəmiyyətinin humanitar yardımına 40 ton ilkin ehtiyaclar, dərman preparatları və tibbi ləvazimat, ərzaq məhsulları, alminium qablar, fövqəladə vəziyyətdə yemək konservləri, çadır, adyal və sairəyə şamil olur. Bu humanitar yardım cümə günü Banqladeşin Çittaqonq limanında Şah Əmanət aeroportuna daxil olub. 

İranın humanitar yardımları ilə birlikdə Banqladeşə səfər edən İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur ümidvarlıq edib ki, bu səfərdə Myanma müsəlmanlarının problemlərinin və onlara yardım yollarının araşdırlmasına şərait yaranacaq və onların müraciəti dünyaya əks olunacaq. 

İran xarici işlər nazirinin müavini bildirib: İran prezidenti və xarici işlər naziri Nyu-Yorkda BMT Baş Assambleyasının növbəti iclaısnda bu məsələni gündəmə gətirəcəklər. 

Myanma ordusunun Raxin əyalətində rohinca müsəlmanlarına hücumları nəticəsində minlərlə nəfər həlak olub və yaralanıb və təxminən 380 min nəfər didərgin düşüb. Myanmada müsəlmanların vətəndaşlıq hüququ yoxdur. 

Teqlər