Sen 16, 2017 14:19 Asia/Baku
  • İndoneziya vətəndaşları Myanma müsəlmanlarının repressiyasını pislədilər

İndoneziyanın minlərlə vətəndaşı bu ölkə paytaxtında aksiya keçirərək rohinca müsəlmanlarının repressiya edilməsini pisləyib.

İRİB-in məlumatına görə, minlərlə İndoneziya vətəndaşı rohinca müsəlmanlarını dəstəkləmək üçün Cakarta küçələrinə axışıb və Myanmada müsəlmanların qırğın edilməsini qınayıblar.

Məlumata görə, İndoneziya vətəndaşları bu aksiyada müsəlmanların işgəncə edilməsi və zorakılıqlara son qoyulmasını istəyiblər.

Dünyada ən çox müsəlmanı olan İndoneziya Banqladeşə humanitar yardımlar göndərib ki, rohinca müsəlmanları arasında paylansın.

BMT-nin bildirdiyinə görə, 25 avqustdan bəri Myanma ordusu və radikal buddistlərin rohinca müsəlmanlarına qarşı zorakılıqları nəticəsində təxminən 400 min müsəlman canını götürərək Banqladeşə qaçıb. 6 mindən çox müsəlman qətlə yetirilib və 8 min nəfər də yaralanıb. 

 

Teqlər