Sen 16, 2017 14:56 Asia/Baku
  • Myanma dövləti humanitar yardımlara maneənin olmadığını iddia edir

Myanma hökuməti bildirib ki, Raxin əyalətində rohinca müsəlman didərinlərinə humanitar yardımların göndərilməsi üçün heç bir maneə yoxdur.

İRNA-nın məlumatına görə, Myanma hökumətinin sözçüsü Zao Hetay ölkəsinin böhrandan zərərçəkən bölgələrə beynəlxalq humanitar yardımların göndərilməsinin qarşısını almayacağını bildirərək iddia edib ki, hazırkı məhdudiyyətlər bəzi təhlükəsizlik məsələlərinə görə tətbiq olunub.

Myanma rəsmisinin açıqlaması ilə yanaşı qeyd edək ki, Banqladeşlə sərhədlərdə yerləşən təxminən 400 min rohinca didərginin ehtiyaclar içində yaşamasına rəğmən, Myanma hökuməti bəzi humanitar yardımların göndərilməsində maneəçilik yaradır.

Teqlər