Sen 18, 2017 17:57 Asia/Baku
  • İnsan Haqları Gözətçisi: Myanmaya silah satışı qadağası qoyulsun

İnsan Haqları Gözətçisi Təşkilatı rohinca müsəlmanlarının soyqırımına görə, Myanma ordusuna silah satışının qadağan və məqsədli sanksiyaların tətbiq edilməsini istəyib.

Röytersin məlumatına görə, İnsan Haqları Gözətçisi Təşkilatı bu gün bir bəyanat verərək Myanma dövlətinin rohinca müsəlmanlarını soyqırımı etməsinə dair cinayətlərini pisləyib və beynəlxalq dairələr və dünya ölkələrindən Myanmanın etnik təmizləməyə son qoyması üçün bu ölkə ordusuna təzyiq göstərmələrini istəyib.

Statistikalara əsasən, 25 avqustdan bəri 6 mindən çox rohinca müsəlmanı Myanma ordusu və radikal buddistlər tərəfindən qətlə yetirilib və 8 min nəfər də yaralanıb. 

BMT də Myanmadan Banqladeşə qaçmağa məcbur olan müsəlmanların sayının 400 min nəfəri keçdiyini bildirib. 

Teqlər