Tramp: İran ilə nüvə anlaşması ABŞ tarixinin ən pis anlaşmasıdır
Sen 20, 2017 07:53 Asia/Baku
-
Tramp: İran ilə nüvə anlaşması ABŞ tarixinin ən pis anlaşmasıdır
ABŞ prezidenti 5+1 qrupu ilə İran arasında əldə edilən anlaşmanı ABŞ-ın indiyə kimi iştirak etdiyi ən pis anlaşma adlandırıb.
Donald Tramp çərşənbə axşamı BMT Baş Assambleyasındakı ilk çıxışında İran ilə nüvə anlaşmasının ABŞ üçün problemli və xəcalət verici anlaşma olduğunu deyib.
ABŞ prezidenti daha sonra terrorçulara olan yardımlarına işarə etmədən terrorçular və ifratçıların gücləndiklərini və bütün dünyaya yayıldıqlarını deyib.
Tramp daha sonra Şimali Koreyadakı qıtlığa və milyonlarla insanın aclıq ilə üzləşməsi və ölümə sürüklənməsinə görə Pxenyanın məsuliyyət daşıdığını bildirib və deyib: Əgər Amerika təhdid ilə üzləşərsə, Şimali Koreyanı tamamilə məhv etməkdən belə çəkinməyəcək.