Sen 20, 2017 19:26 Asia/Baku
  • Myanmada Ruhinca müsəlmanlarına qarşı soyqırımı davam edir
    Myanmada Ruhinca müsəlmanlarına qarşı soyqırımı davam edir

Bu günlər BMT Baş Assambleyası 72-ci iclasını keçirir. Amma, dünya ölkələri başçıları və insan haqları iddiaçılarının bir araya gəldiyi bu iclasda Myanma müsəlmanlarının fəryadını sanki eşidəcək kimsə yoxdur. 

Myanmada Ruhinca müsəlmanlarına qarşı soyqırımı davam edir. Amma, bu günlər BMT Baş Assambleyasının 72-ci iclasında bir araya gələn dünya ölkələri başçıları və insan haqları iddiaçıları arasında sanki Myanma müsəlmanlarının fəryadını eşidəcək kimsə yoxdur. 

Myanmanın baş naziri və Nobel Sülh Mükafatı Laureatı  Anq San Suçi bu dəfə də Myanmada Ruhinca müsəlmanlarına qarşı törədilən soyqırımını qınamaqdan boyun qaçırdıb. Suçi ordunun bəzi hərəkətlərindən razı qalmasa da, ümumilikdə ordunun rəftarlarını tənqid etmək kimi bir niyyətinin olmadığını deyib. BMT isə bu günə kimi 421 min Ruhinca müsəlmanının Myanma ordusunun hücumlarından amanda qalmaq üçün Banqladeşə sığındığını və hər gün daha 20 min nəfərin didərginlərin sayına əlavə olunduğunu bildirib.

Faruq və qardaşı analarını onlarla kilometr çiyinlərində daşıyaraq, çox çətinliklə də olsa bura gəlib çatmağı bacarıbalr. Məhəmməd də anasını özü ilə getdiyi hər yerə aparır. Amma, bu qadının hekayəsi başqadır. O, təkdir. Dolmuş gözləri və kədərli simasından çox çətin anlar yaşadığı aydın olur. Onun dediyinə görə Myanma hərbçiləri iki övladı və həyat yoldaşının başlarını gözləri önündə kəsərək, qətlə yetiriblər. Özü isə çox çətinliklə myanmalı hərbçilərin əlindən xilas olmağı bacarıb və indi burda kimsəsizdir. Banqladüş isə eviindən didərgin düşmüş Ruhinca müsəlmanlarına qarşı məhdudiyyətləri bir qədər də artırıb. Yeni qərara əsasən didərginlərə düşərgələri tərk etmək qadağan edilib. Heç bir nəqliyyat vasitəsi onları daşıya bilməz və heç kim didərginlərə kirayə ev verə bilməz. Myanmalı hərbçilərin zülmünə məruz qalmış Ruhinca müsəlmanlarının yaraları isə hələ təzədir.

Bu Ruhincalı müsəlman namaz qıldığı zaman Myanma hərbçilərinin hücmuna məruz qalıb və dəyənəklə ağır şəkildə döyülüb.

Bu gülər BMT Baş Assambleyası bütün üzvləri və insan haqları iddiaçılarının iştirakı ilə 72-ci iclasını keçirir. Amma, onların heç birində Myanmada zülmə məruz qalmış Ruhinca müsəlmanlarının fəryadını eşidəcək qulaq yoxdr.

Bu insanların həyatda qalmaq üçün özlərini bu şəkildə sulara atmaları yaşadıqları faciənin nə qədər böyük olduğundan xəbər verir.

Qadınlar və qızların təcavüzə məruz qalması isə didərginlərin söz açdığı ortaq acılardan biridir.

Bura Teknaf məntəqəsidir və gördüyünüz çay Myanma və Banqladeşi bir birindən ayırır və çayın o tərəfində göyə yüksələn tüstü dumanı Ruhinca müsəlmanlarının Myanma hərbçiləri tərəfindən yandırılaraq, külə çevrilən evlərindən yüksəlir.

Teqlər