Rohinca müsəlmanlarının problemləri səngimək bilmir
Myanma hökumətinin sərtliyi və kobudluğu nəticəsində öz yaşadıqları əraziləri tərk edərək Banqladeşə qaçan rohinca müsəlmanları hazırda sel və daşqınların mənfi nəticələri ilə üzləşiblər.
Ötən günlər ərzində Banqladeşdə güclü yağışlar rohinca müsəlmanlarının sığınacaq yerlərini itirməsi ilə nəticələnib.
Vəziyyət hələ də ağırdır. Yağmurlu hava durumu düşərgələrdə olan rohinca müsəlmanlarının vəziyyətini acınacaqlı edib.
Didərginlər birbaşa olaraq açıq havadadırlar, uşaqlar daşqınlara məruz qalırlar və bölgəyə acınacaqlı şərait hakimdir.
Beynəlxalq Qırmızı Xaç Komitəsi də bildirib ki, mövcud yardımlar didərginlərin ehtiyaclarını təmin etmir. Belə bir sual yaranır, hazırkı vəziyyətin mediada bu qədər işıqlandırılmasına baxmayaraq, nə üçün beynəlxalq cavab verilməmişdir?