Sen 23, 2017 09:50 Asia/Baku
  • İtaliyada yaşayan ingilislərin T.Meyə qarşı aksiyası
    İtaliyada yaşayan ingilislərin T.Meyə qarşı aksiyası

İtaliyada yaşayan Britaniya vətəndaşları dünən Britaniya baş nazirinin Florensiya şəhərindəki çıxışına etiraz olraq, aksiya keçiriblər.

Aksiyaçılar Brexit ilə bağlı məsələlərdə onların səslərinin eşidilmədiyini vurğulayaraq, bildiriblər ki, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra onların taleyi barədə bir şəffaflıq yoxdur.

Britaniyanın baş naziri Tereza Mey cümə günü İtaliyanın şimalında yerləşən Florensiya şəhərində Londonun avropalı şəriklərindən istəyibdir ki, Britaniyanın Avropa İttifaqından çıxması sahəsində səy göstərsinlər.

Tərkibinə İngiltərə, Şotlandiya, Uels və Şimali İrlandiyanın daxil olduqları Britaniya sakinləri 2016-cı il iyunun 23-də bu ölkənin Avropa İttifaqından çıxmasının lehinə səs verdilər, lakin səslərin araşdırılması göstərir ki, İngiltərə və Uels sakinlərinin əksər hissəsinin Avropa İttifaqından çıxmağın lehinə səs verdiyi bir halda, Şotlandiya əhalisinin 62, Şimali İrlandiya əhalisinin isə 56 faizi bu birlikdə qalmağın lehinə səs veribdir.

Teqlər