ABŞ-da irqçiliyə qarşı etirazlar genişlənir
https://azeri.sahartv.ir/news/dünya-i283293-abŞ_da_irqçiliyə_qarşı_etirazlar_genişlənir
Amerikanın Missuri ştatının Sent-Luis şəhərinin sakinləri bir daha bu ölkədəki sistemli irqçiliyiə etiraz olaraq aksiya keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 23, 2017 09:08 Asia/Baku
  • ABŞ-da irqçiliyə qarşı etirazlar genişlənir
    ABŞ-da irqçiliyə qarşı etirazlar genişlənir

Amerikanın Missuri ştatının Sent-Luis şəhərinin sakinləri bir daha bu ölkədəki sistemli irqçiliyiə etiraz olaraq aksiya keçiriblər.

Əksəriyyəti ağdərili olan Sent-Luis şəhərinin yüzlərlə sakini şəhərin mərkəzi hissəsinə toplaşıb. Onlar "Ağdərililərin sükutu zorakılığa səbəb olur!" və "Ədalət bərqərar olunmayınca, sakit durmayacağıq!" şüarları verərək, ABŞ polisinin rasist siyasətlərinə etiraz ediblər. Azı yüz xüsusi təyinatlı polis qüvvəsi etirazçıları mühasirə edib. Bu etiraz aksiyası, 2011-ci ildə qaradərili ABŞ vətəndaşının qətlində ittiham olunan ağdərili polisə bəraət verilməsinə etiraz olaraq keçirilən onlarla oxşar hadisənin ən yeni nümunəsidir. Polis onlarla etirazçını həbs edib və digər etirazçıları dağıtmaq üçün də rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edibdir.