KXDR: Pxenyanın nüvələşməsinin səbəbi ABŞ idi
Şimali Koreyanın xarici işlər naziri ABŞ prezidentinin Pxenyan əleyhinə hədələrini ölkənin hərbi qüdrətinin göstəricisi adlandırıb və bildirib: Pxenyanın nüvələşməsinin səbəbi ABŞ idi.
Ri Yonq Ho şənbə gecə BMT Baş Assambleyasında xatırladıb: Pxenyanın nüvə və raket proqramını genişləndirməkdə məqsədi önləyici və tarazlıq qüdrətinin yaradılmasıdır.
Şimali Koreya xarici işlər naziri ABŞ prezidenti Donald Trampın çərşənbə axşamı günü BMT Baş Assambleyasının sessiyasındakı düşmənçilik xarakterli açıqlamasını tənqid atəşinə tutub, Trampı şeytan adlandırıb və bildirib: ABŞ prezidenti tərəfindən qəzəb və alov, tam məhvetmə kimi açıqlaması gərginlik odunu qızışdırmaqdır.
Ri Yonq Ho bildirib: Şimali Koreya hücuma məruz qalmadığı zamana qədər bir ölkəyə qarşı bu silahlardan istifadə etməyəcək.
Ri Yonq Ho Vaşinqtona xəbərdarlıq edib ki, Pxenyan ABŞ-ın Şimali Koreyaya hərbi gücdən istifadə etmək niyyətində olmasına dair nişanə müşahidə etdiyi halda, dəhşətli önləyici hücuma əl atacaq.