Kürdüstan Vətən Birliyi: Kərkükdə referendum keçirilməyəcək
-
Kürdüstan Vətən Birliyi: Kərkükdə referendum keçirilməyəcək
İraq Kürdüstanı Vətən Birliyinin ikinci mərkəzi bu gün öz Facebook səhifəsində bildirib: Kərkükdə referendum keçirilməcəyək və bu verilən son qərardır.
Kərkükdə məlumatlı rəsmi bazar günü bu barədə İRNA- müxbirinə müsahibədə deyib: İraq Kürdüstanı Vətən Birliyinin Kərkük mərkəzinin rəsmiləri səsvermə qutularını çıxara bilməyəcəklər.
İraq Kürdüstanı Vətən Birliyinin ikinci mərkəzi hamıya elan edib ki, Kərkükdə referendum keçirilməyəcək. Bu qərardan sonra İraq Kürdüstanı Vətən Birliyi partiyasının təşkilati mərkəzi bir daha ikinci bəyanatında bildirib: Referendum təxirə salınmalıdır. Çünki onun keçirilməsi ilə region böhranla üzləşəcək və bu da kürdlərin xeyrinə deyil.
İraqın şimal bölgələrində kürd muxtariyyətinin İraqdan ayrılması üzrə referenduma qarşı çıxmaq istiqamətində etirazların artmasına rəğmən, kürd muxtariyyərinin rəhbəri Məsud Barzani referendumun 25 sentyabrda keçirilməsini vurğulayır.