Sen 24, 2017 11:26 Asia/Baku
  • Amerikalı tələbələr irqçiliyə etiraz etdilər
    Amerikalı tələbələr irqçiliyə etiraz etdilər

Harvard Universitetində rasizm əleyhinə olan tələbələr Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq şefinin çıxışını bir neçə dəfə yarımçıq qoyaraq onun bu universitetə gəlməsinə etiraz ediblər.

ABC Newsun məlumatına görə, Harvard Universitetinin etirazçı tələbələri MKİ-nin sabiq şefi Ceyms Komi, polisin irqçiliyi və qaradərililər haqda ədalətin olmamasını pisləyən şüarlar səsləndiriblər. 

MKİ-nin sabiq şefi Ceyms Komi may ayında ABŞ prezidenti Donald Tramp tərəfindən tutduğu vəzifədən kənarlaşdırıldı. 

Bundan öncə də yüzlərlə etirazçı Sent Luis şəhərində küçələrə axışaraq ABŞ-da irqçiliyin, əsasən də polis məmurları arasında kök atmasını pisləyib. 

Teqlər