Sen 26, 2017 16:32 Asia/Baku
  • Vaşinqton Post: Trampın yeni fərmanı cəhalət üzündən edilən ayrı-seçkilikdir
    Vaşinqton Post: Trampın yeni fərmanı cəhalət üzündən edilən ayrı-seçkilikdir

Vaşinqton Post qəzeti ABŞ prezidenti Donald Trampın 7 müsəlman ölkənin vətəndaşlarının Amerikaya daxil olmalarına qadağa qoyan fərmanını cəhalət üzündən olan ayrı-seçkilik adlandırıb.

Qəzet özünün bu günkü sayında yazır: 6 müsəlman ölkənin vətəndaşlarının Amerikaya daxil olmasına qadağa qoyan fərmanın müddətinin sona çatmasına 4 saat qalmış Ağ ev bir bəyanat yayaraq Şimali Koreya, Venesuela və Kuba vətəndaşlarının da Amerikaya girişinə qadağa qoyulduğunu bildirib. 

Vaşinqton Post yazır: Bu fərman Donald Trampın "Müdəlmanın girişinə qadağa" təfəkkürünün davamıdır və yeni fərmanda bəzi xristian ölkələrin vətəndaşlarını da əhatə edib. 

Trampın 7 müsəlman ölkənin vətəndaşlarının Amerikaya girişinə qadağa üzrə ilk fərmanının icrası Federal məhkəmələrin hökmü əsasında dayandırılmışdı.

Donald Tramp dünən yeni anti-miqrant fərmanında Şimali Koreya, Çad, İran, Liviya, Somali, Suriya, Venesuela və Yəmən vətəndaşlarının Amerikaya səfərinə əlavə məhdudiyyətlər tətbiq edib.

Teqlər