Ali-Səud Kanada və Hollandiyanı siyasi-ticarət əlaqələrini kəsməklə təhdid etdi
-
Ali-Səud Kanada və Hollandiyanı təhdid etdi
Səudiyə Ərəbistanı Yəməndə törətdiyi cinayətlərin ifşa edilməsindən qorxduğu üçün, bu istiqamətdə olan istənilən fəaliyyətə ən kəskin formada reaksiya verməyə çalışır.
Kanada və Hollandiyanın Ərəbistanın Yəməndə törətdiyi müharibə cinayətləri ilə bağlı araşdırmaların aparılması üçün faktaraşdırıcı komitənin yaradılması üzrə səylərə başlamalarının ardınca Səudiyə Ərəbistanı bu iki ölkəni öz səylərini dayandırmayacaqları təqdirdə, siyasi və ticarət əlaqələrini kəsməklə təhdid edib.
Yəmənli siyasi analitik bu barədə deyir: “Ali-Səud rejimi Yəməndə törətdiyi cinayətlərlə bağlı faktaraşdırıcı komitənin təşkil edilməsindən qorxur. Çünki, bu zaman Ərəbistan və digər təcavüzkar ölkələrin Yəməndə törətdikləri cinayətlər ifşa edilmiş olacaq. Bu isə həmin ölkə başçılarının bir müharibə cinayətkarı olaraq beynəlxalq cinayət məhkəməsində mühakimə olunmalarına imkan verə bilər.”
Digər tərəfdən Sudanlı muzdlu bir hərbçi Yəməndə gedən savaşda 412 sudanlı hərbçinin o cümlədən 14 zabitin öldürüldüyünü bildirib. ABŞ mediaları isə bildirirlər ki, Vaşinqton öz hərbçilərini yəmənə göndərməsinə görə, Sudanın adını qara siyahıdan çıxardıb.
Bir yəmənli hərbçi isə deyir: “Hər şeyin qiyməti var. Sudana qarşı təzyiqlərin dayandırılması və Qərb dövlətləri ilə əlaqələrinin normallaşdırılması üçün, bu ölkə Ərəbistana kömək məqsədi ilə Yəmənə muzdlu qüvvələr göndərməli idi.”
Bu arada, Yəmənin Ali Siyasi Şurasının sədri Saleh Əs-Səmad ordu və xalq qüvvələrinin tezliklə düşmənlərə qarşı hücumların yeni mərhələsinə başlayacaqlarını bildirib. O, təcavüzkarların ballistik raketlərlə hədəfə alınmasının Yəmənə qarşı hava hücumlarının davam etdiyi zamana kimi dayandırılmayacağını bildirib.