İngiltərədə yoxsulluq baş götürüb gedir
Britaniyanın leyboristlər partiyasının sədri bu partiyanın illik qurultayında deyib: Ölkədə mühafizəkarların hakimiyyəti dövründə yoxsulluq, işsizlik və səfillik geniş yayılıb.
Cermi Kurbin deyib: Britaniya tarixində əmək haqlarının azalmasında ən uzun müddətli prosses, mühafizəkarların hakimiyyəti dövrünə aiddir. Bu müddətdə ölkədə səfillərin sayı iki qat artıb. Brayton və digər şəhərlərin küçələrinə baxsanız bunu öz gözünüzlə görəcəksiniz. NHS dövlət sistemindən müalicə xidmətləri almaq üçün gözləmə sırası uzanıb, siniflərdə məktəblilərin sayı artıb və müəllimlər öz peşələrini buraxırlar. Bu gün Britaniyada 4 milyondan çox uşaq yoxsul şəraitdə yaşayır. Bu hökumətin siyasətləri ücbatından 20 min polis məmuru və 11 min yanğınsöndürən öz işlərini itiriblər. Hal-hazırda işləyə-işləyə yoxsul şəraitdə yaşayanların sayı bütün dövrlərlə müqayisədə daha çoxdur. BMT Britaniyanı əlillərin hüquqlarını tapdalamaqda günahlandırıb. Bu hökumət güclü və stabil deyil, daş ürəkli və hiləgərdir. Bunun səbəbi isə ondan ibarətdir ki, mühafizəkar partiya qənaət siyasətləri adı altında milyonlarla insanın güzəranını bərbad vəziyyətə salarsa varlılar və güclülərə böyük məbləğdə vergi güzəştləri etmək üçün lazımı maliyyə mənbələri tapacağını düşünür.