Sen 28, 2017 13:56 Asia/Baku
  • 
Amerika kimyəvi tərk silah öhdəliklərinə sadiq qalmalıdır
    Amerika kimyəvi tərk silah öhdəliklərinə sadiq qalmalıdır

Rusiya prezidenti deyib: Çox qəribə haldır ki, amerikalılar indiyədək üç dəfə büdcə çatışmazlığı bəhanəsi ilə öz kimyəvi silah anbarlarını məhv etməyi təxirə salırlar.

İRİB-in Moskvadan verdiyi məlumata görə, video konfrans vasitəsi ilə Rusiyanın son kimyəvi ehtiyatlarının məhv edilməsi əmrini verən Rusiya prezidenti Vladimir Putin deyib: Biz Amerikadan öz öhdəliklərini yerinə yetirməsi və kimyəvi tərk silah üzrə razılaşmaları pozmamasını gözləyirik.

Rusiya prezidenti bu ölkənin məhv edilmiş kimyəvi silah ehtiyatlarının həcmi barədə deyib: Sovet dövründən qalma kimyəvi silah ehtiyatının həcmi çox böyük idi və mütəxəssislərin bildirdiklərinə görə, yer kürəsində bütün canlıları bir neçə dəfə məhv etməyə kifayət edərdi.

Vladimir Putinin fərmanının ardınca dünən bu ölkənin cəbbəxanalarında qalancəmi 40 min ton zəhərlimaddədən ibarət olan  bütün kimyəvi silahlar məhv edildi.

Teqlər