Sen 29, 2017 12:27 Asia/Baku
  • Amerika tələbələri Tramp dövlətinin siyasətlərinə etiraz ediblər
    Amerika tələbələri Tramp dövlətinin siyasətlərinə etiraz ediblər

Amerika tələbələri Tramp dövlətinin siyasi və irqçilik mexanizminə etiraz ediblər.

Etirazçı tələbələr Amerikanın təhsil naziri Betsi DeVosun Havard universitetinin Kennedi institutundakı çıxışı zamanı öz sıxılmış yumruqlarını və plakatları yuxarı qaldıraraq, Tramp dövlətinin siyasi və irqçilik mexanizminə etiraz ediblər.

Betsi DeVos universitetlərdə cinsi hücum halları barədə təhqiqat qaydalarının ləğvi və kirayə məktəblər barədəki layihələrindən danışarkən etirazçılar üzərlərində anti-rasisizm şüarları yazılmış plakatları yuxarı qaldıraraq, şüarlar səsləndiriblər.

Təhlükəsizlik qüvvələri bir qrup etirazçını çıxış məkanından çıxararaq, həbs ediblər.

Lakin etirazçılar DeVos universiteti tərk edərkən də ağdərililərin irqi üstünlüyünə tərəfdar çıxanlara qarşı şüarlar veriblər.

ABŞ prezidentinin ölkədə baş verən irqçi hərəkətləri pisləməməsi daxili və xarici səviyyələrdə kütləvi etiraz və tənqidlərlə qarşılanıbdır.

Teqlər