Puerto-Riko əhalisi banklara hücum çəkdi
-
Puerto-Riko əhalisi banklara hücum çəkdi
Qasırğanın adanı darmadağın etməsindən sonra Puerto-Riko əhalisi nağd pul almaq üçün banklar qarşısında sıralarda uzun müddət gözləməyə məcburdur.
Bir müddət öncə Karibin müxtəlif bölgələri, Meksika körfəzi, o cümlədən Puerto-Rikoya ağır xəsarətlər vuran qasırğa elektron ödəmə sistemləri və avtomat-bankarın fəaliyyətini dayandırmasına səbəb olub. Hazırda bu adada həyat normal axarına qayıtmaqdadır. Əhali öz ehtiyaclarını təmin etmək üçün banklar qarşısında yaranan sıralarda gözləməyə məcburdur. Belə ki, lazımi vasitələri almaq üçün nağd pul götürə bilsin. Çünki bütün alış-verişlər nağd pulla həyata keçirilir.
Hal-hazırda elektron ödəmə sistemləri və avtomat bankların fəaliyyət göstərməməsindən əlavə, banklar da bütün mübadilələri protokol qaydalarda həyata keçirirlər. Elə buna görə, banka müraciət edən müştərilərə pul ödəmək üçün uzun sıralar yaranmışdır.
3,5 milyon əhalisi olan Puerto-Riko adaları Mariya qasırğasının hədəfinə çevrilmişdi. Maliyyə xəsarətlərindən əlavə 16 nəfər də dünyasını dəyişdi.