Tbilisi Cümə məscidində Aşura mərasimi keçirilib
Okt 02, 2017 10:24 Asia/Baku
-
Tbilisi Cümə məscidində Aşura mərasimi keçirilib
Gürcüstanın bir çox şəhər və kəndlərində olduğu kimi, paytaxt Tbilisidə yerləşən Cümə məscidində (və digər səkkiz yerdə), həmçinin Marneuli şəhərində Məhərrəmlik mərasimləri Hüseynsevər müsəlmanların iştirakı ilə izdihamlı şəkildə keçirilib.
İslamazeri.com xəbər verir ki, Məhərrəm ayının əvvəlindən etibarən, şam namazından sonra təşkil olunan mərasimlərdə Quran və dualar oxunub, söhbətlər edilib, mərsiyələr oxunub və hər axşam Ehsan süfrələri açılıb.
Bu il ilk dəfə olaraq Tbilisi məscidində də qanvermə aksiyası təşkil olunub. Onlarla müsəlman qan çatışmamazlığından əziyyət çəkən xəstələrə öz qanını bağışlayıb.