Qazaxıstanda təyyarə qəzaya uğradı; 5 ölü
Okt 04, 2017 08:13 Asia/Baku
-
Qazaxıstanda təyyarə qəzaya uğradı
Qazaxıstan rəsmiləri bu ölkədə təyyarənin qəzaya uğraması nəticəsində beş nəfərin həlak olduğunu bildiriblər.
Associated Pressin məlumatına görə, Qazaxıstan Səhiyyə Nazirliyi bildirib: Çərşənbə axşamı günü bir təyyarə Almatı şəhəri hava limanından havaya qalxdıqdan az sonra şəhərin ətrafında qəzaya uğrayıb. Hadisə nəticəsində beş sərnişin həlak olub.
Təyyarənin qəzaya uğraması haqda əlavə məlumat verilməyib.
Teqlər