Okt 04, 2017 18:06 Asia/Baku
  • Avropa səfirləri nüvə anlaşmasını qəti şəkildə dəstəklədi

İsveçrənin Sürix şəhərində İran və Avropa Assambleyasında beş Avropa ölkəsinin rəsmisi beynəlxalq anlaşma olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramının davam etməsi və İran İslam Respublikası ilə əməkdaşlıq sahələrinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.

İRNA-nın məlumatına görə, Britaniya, Belçika, Danimarka, Polşa və Hollandiyanın İrandakı səfirləri çərşənbə günü Sürixdə İran və Avropa Assambleyasında Əhatəli Müştərək Təşəbbüs Proqramını önəmli beynəlxalq anlaşma adlandırıb və bildiriblər ki, bütün tərəflər onun icrasını davam etdirməlidirlər. 

İran və 5+1 qrupu (Britaniya, Fransa, Rusiya, Çin, ABŞ və Almaniya) arasında nüvə anlaşması 2016-cı il yanvar ayından icra olunub. Lakin bu qrupun üzvlərindən biri olan ABŞ hökuməti həmişə nüvə anlaşmasının icrasından boyun qaçırıb. 

Britaniyanın İrandakı səfiri Nikolas Hopton da İran və Avropa Assambleyasında deyib: London nüvə anlaşmasının uğuruna sadiqdir və bu beynəlxalq anlaşmanın imkanları və onun qorunması haqda öz məsləhətləşmələrini davam etdirəcək. 

İran və Avropa Assambleyası dörd il öncə İran və qərb arasında ticarət dioplomatiyasının gücləndirilməsi və dəstəklənməsi məqsədilə yaradıldı. 

Bu assambleya informasiya mübadiləsi, şəbəkə, müxtəlif ticarət və sənaye sektorlarının rəsmiləri və direktorlarının siyasətçilərlə iş əlaqələrinin yaradılması, həmçinin yüksək səviyyəli ticarət, dövlət rəsmilərinin illik toplantısının keçirilməsi və İran iqtisadiyyatının inkişaf etdirilməsinə önəmli fürsət yaradır. 

4-cü İran və Avropa Assambleyasının iclası ötən gün Sürixin Grand Hotel Dollar otelində işə başladı. 

Teqlər