Okt 05, 2017 22:03 Asia/Baku
  • Myanma müsəlmanlarının vəziyyəti acınacaqlıdır
    Myanma müsəlmanlarının vəziyyəti acınacaqlıdır

Myanma müsəlmanlarının vəziyyəti acınacaqlı olaraq qalmaqdadır. Fiziki gücləri olan didərginlər isə Banqladeşə daxil olmaqdadırlar. BMT-yə yaxın dairələr də bildirirlər ki, bu təşkilatın ofisinin nümayəndələri insan haqları fəallarının didərginlər arasında gəzməsinə məhdudiyyətlər yaradıblar.

Myanma dövləti və ordusunun zorakılıqları hələ də rohinca müsəlmanlarını qurban edir. Yenilərdə rohinca müsəlmanlarını gətirən qayığın batması nəticəsində həlak olanların 60 nəfər olduğu qeyd olunub. Onların çoxu uşaq və qadınlar olmuşlar. Müsəlmanların soyqırımı və etnik təmizləmədən ötən bir ay ərzində Banqladeşə sığınan didərginlərin sayı yarım milyon nəfəri keçib və humanitar yardım göstərən dairələr bu əhalinin vəziyyətini ümidsizlik hesab edirlər.

Bildirilir ki, didərginlər arasında 24 mindən çox hamilə və südəmər körpəsi olan qadın vardır. İndi dərman çatışmazlığı və yanlış qidalanma təhlükəsi ilə üzləşiblər. BMT-nin həkimləri didərginlərin bir qrupunu müayinə etdikdən sonra, vəhşicəsinə təcavüz, qız və qadınların incidilməsinə aid nişanələrin şahidi olublar.

Myanmalı müsəlman qadın deyib: Hərbçilər qəfil evlərə girirdilər, qadınları döyürdülər və bir çox qız və qadına təcavüz olundu.

Rohinca müsəlmanları haqda yeni məsələ qalmaqala səbəb olub. BMT baş katibinin Myanma dövlətinin cinayətlərinin dayandırılmasının vacibliyindən danışdığı halda, bu təşkilatın sabiq rəsmisi deyib ki, BMT-nin Myanmadakı ofisinin rəhbəri insan haqları fəallarının zərərçəkən bölgələrə getməsinə mane olub və ötən bir neçə il ərzində Myanmada rohinca müsəlmanlarının insan haqlarının pozulması hallarının gündəmə gətirilməsinin qarşısını alıb.

 

Teqlər