Okt 07, 2017 11:15 Asia/Baku
  • Federika Mogerini
    Federika Mogerini

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Nobel Sülh Mükafatının Nüvə Silahlarının ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyaya verilməsini nüvə silahları olmayan dünyanın nişanəsi adlandırıb.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini kütləvi qırğın silahları ilə mübarizə üçün səylər göstərdiyinə görə, Nüvə Silahlarınınləğv edilməsi üzrə Beynəlxalq Kampaniyaya Nobel Sülh Mükafatının verilməsini müsbət qarşılayıb və bildirib: Avropa Birliyinin bu hərəkatla birgə məqsədi atom silahları olmayan dünyadır. 

Mogerini İranın nüvə anlaşmasına toxunub və deyib: Bütün tərəflərin İranla anlaşmanın icrasından arxayın olmaq üçün öz səyini davam etdirəcək. 

Nobel Sülh Mükafatı 2017 cümə günü kütləvi qırğın silahları ilə mübarizə istiqamətində səylər göstərdiyinə görə, Nüvə Silahlarınınləğv edilməsi üzrə Beynəlxalq Kampaniyaya verilib. 

Nüvə Silahlarınınləğv edilməsi üzrə Beynəlxalq Kampaniya bir dekadadır ki, nüvə silahlarının yığışdırılması istiqamətində çalışır və bu il 122 ölkə tərəfindən imzalanan nüvə silahlarının yayılmaması sazilinin əsas himayədarlarından biri idi. 

Teqlər