Macarıstan Sorosun miqrant planını tənqid etdi
https://azeri.sahartv.ir/news/dünya-i284559-macarıstan_sorosun_miqrant_planını_tənqid_etdi
Macarıstan hökuməti amerikalı-macarıstanlı milyarder Corc Sorosu bir daha tənqid atəşinə tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2017 13:03 Asia/Baku
  • Macarıstan Sorosun miqrant planını tənqid etdi
    Macarıstan Sorosun miqrant planını tənqid etdi

Macarıstan hökuməti amerikalı-macarıstanlı milyarder Corc Sorosu bir daha tənqid atəşinə tutub.

Macarıstan hökumətinin sözçüsü bildirib: Miqrantların Macarıstana axınını dəstəkləmək üzrə Sorosun icra etdiyi proqram bu ölkənin milli təhlükəsizliyini təhlükəyə atmağa cəhddir. 

Zultan Kvaks deyib: Biz bu macəra haqda siyasi rəylər və bələdçilikləri almaq ardıncayıq. Biz ötən iki il yarım ərzində AVropa Birliyinin miqrasiya siyasətləri, Macarıstanın milli təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik və terrorizm haqda çoxlu siyasi debatlar təşkil etmişik. Bu arada bəzi şəxslər və təşkilatların Avropa Birliyinin layihələrini icra etmək üçün proqramlar hazırlayırlar. Fikrimizcə, bu proqramlar Macarıstan xalqının zərərinə və Avropanın mənafeyinə ziddir.