Okt 08, 2017 10:48 Asia/Baku
  • Tramp yenidən Şimali Koreyanı təhdid edib
    Tramp yenidən Şimali Koreyanı təhdid edib

ABŞ prezidenti Donald Tramp şənbə günü üstüörtülü şəkildə Şimali Koreyanı hərbi əməliyyatlarla təhdid edib.

Tramp Twitter-də yazıb: "25 ildir ABŞ prezidentləri Şimali Koreya ilə müzakirə ediblər, razılığa gəliblər və iri məbləğdə pullar ödəyiblər.

Tramp əlavə edib: "Bu yol nəticə vermədi; mürəkkəbləri qurumamış müqavilələr pozuldu və amerikalı müzakirə tərəfi aldadıldı.

ABŞ prezidenti ötən həftə də bu ölkənin keçmiş prezidentlərini Şimali Koreya qarşısında geri çəkilmək üstündə tənqid edərək, bildirdi ki, o, bu təcrübəni təkrar etməyəcəkdir.

Amerika ilə Şimali Koreya arasındakı gərginliklər ABŞ prezidenti Donald Trampın militarist rəftarı ilə daha da şiddətlənibdir. Tramp dəfələrlə Şimali Koreyanı hərbi hücumla hədələyibdir.

Koreya yarımadasında gərginliyin artmasında mühüm rol oynayan Vaşinqton həmişə Şimali Koreyanı hərbi və nüvə sınaqlarına son qoymağa çağırır. Lakin Pxenyan dəfələrlə ABŞ-ın və onun müttəfiqlərinin Şimali Koreyaya qarşı təhdidlərini davam etdirəcəkləri müddətdə öz hərbi imkanlarını və önləyici hücum qabiliyyətini gücləndirməyə davam edəcəyinə təkid edibdir.

Teqlər