Sent-Luis şəhərində aksiyaçılar ABŞ bayrağını yandırıblar
-
Sent-Luis şəhərində aksiyaçılar ABŞ bayrağını yandırıblar
ABŞ-ın Missuri ştatında Sent-Luis şəhərində irqi ayrı-seçkiliyə etiraz edənlər Amerika bayrağını yandırıblar.
Nyusvik qəzetinin portalı bildiri bki, Missurinin Ferqosen şəhərində baş verən iğtişaşlardan 3 il sonra bu ştatın Sent-Luis şəhərində bir qrup etiraz aksiyası keçirib.
Sent-Luis şəhərinin sakinləri ABŞ dövlətinin irqçi siyasətlərinə qarşı etiraz aksiyası keçirərək əllərində tutduqları plakatlarda "Qaradərililərin həyatı önəmlidir" şüarları yazmışlar.
Bu aksiya sakit keçib və bir qrup Amerikanın bayrağını yandıraraq " daha bunu istəmirik" şüarları səsləndiriblər.
3 il öncə 18 yaşlı qaradərili Maykl Braunun qətli ilə əlaqədar da bu ştatda etiraz aksiyaları keçirildi.ş
Braun ağdərili polis məmuru tərəfindən açılan atəş nəticəsində qətlə yetirilmişdi.
Son etirazlar isə Sent-Luis şəhərinin polis əməkdaşlı vəzifəsində işləmiş ağdərili Ceyson Staklinin sentyabrın 15-də qətl ittihamından bəraət almasından sonra keçirilir.
Stakli 2011-ci ildə 24 yaşlı qaradərili gənci güllələyərək qətlə yetirmişdi.
ABŞ polisinin qaradərililərə qarşı qəddarlığı bu ölkədə geniş etiraz aksiyalarına həmçinin " qaradərililərin həyatı önəmlidir" adlı hərəkatın yaranmasına səbəb olmuşdur.