Okt 09, 2017 19:57 Asia/Baku
  • NATO-nun baş katibi
    NATO-nun baş katibi

Şimali Atlantika Müqaviləsi Təşkilatı NATO bildirib ki, bu alyans öz sərhədləri yaxınlığında Rusiyanın hərbi fəaliyyətlərindən nigarandır.

Yens Stoltenberq bu gün deyib: Rusiyanın sərhədlərimizin yaxınlığında hərbi fəaliyyəti, cari il keçirilən ZAPAD hərbi təlimlərinin şəffaf olmaması bizi nigaran edir. 

O deyib: Rusiya bizimlə qonşudur və burada qalmaq üçün gəlib. Biz Rusiyanı təcrid vəziyyətinə salmaq istəmirik. NATO növbəti soyuq müharibə tərəfdarı deyil. Bizim təşəbbüslərimiz münaqişə yaratmaq üçün deyil, soyuq müharibənin  qarşısını almaq məqsədi güdür. 

NATO-nun baş katibi deyib: Hamımız Əfqanıstanda qalmağın ağır insani və maliyyə xərclərini başa düşürük amma bu ölkəni tərk etməyin xərci daha ağırdır. 

Vaşinqton NATO-dakı müttəfiqlərindən Əfqanıstana əlavə min nəfərlik hərbi qüvvə göndərmələrini istəyib. 

Teqlər