Rusiya ABŞ-ın Sepah-a qarşı ehtimal olunan qərarını tənqid edib
Okt 10, 2017 20:22 Asia/Baku
-
Rusiya ABŞ-ın Sepah-a qarşı ehtimal olunan qərarını tənqid edib
Rusiya xarici işlər nazirliyi Ağ Evin İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terror təşkilatı kimi elan olunması üzrə qərarı barədəki məlumatları tənqid edib.
Rusiya xarici işlər nazirliyi bir bəyanat yayaraq bildirib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ı terror təşkilatı hesab etmir.
Rusiya xarici işlər nazirliyi həmçinin bildirib ki, Ağ Evin İran İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın terror təşkilatı kimi elan olunması üzrə qərarını Amerika dövlətinin İranla nüvə anlaşmasını ləğv etmək üzrə layihəsi istiqamətində dəyərləndirir.