İsrail rejimi Ruhinca müsəlmanlarının qırğın edilməsi üçün başlıca silah təminatçısıdır
Malayziyada Qüds Fondunun üzvü Myanmada Ruhinca müsəlmanlarının qırğın edilməsində istifadə olunan silahların İsrail rejimi tərəfindən təmin edildiyini bildirib.
İRNA-nın məlumatına görə, Şərif Əmin Əbu Şamla İsrail rejiminin Myanmada ifratçı hökumətin silahla təmin edilməsində başlıca rol oynadığını deyərək, İsrailin bu hərəkətlə regionda legitimlik qazanmağa çalışdığını bildirib.
Şərif Əmin Ruhinca müsəlmanlarına qarşı törədilən soyqırımı Fələstin xalqının qırğın edilməsi ilə müqayisə edib və deyib: Myanmada baş verənlərin oxşarı daha öncə 1948-ci ildən 1967-ci ilə qədər olan müddət ərzində Fələstində sionist qatillər tərəfindən törədilib.
Malayziyanın Qüds Fondunun üzvü əlavə edib: Başda xarici işlər naziri və Myanma hökumətinin ali müşaviri habelə, Nobel Sülh Mükafatı laureatı olan Anq Sanq Suçi olmaqla Myanma dövləti Ruhinca müsəlmanlarına qarşı zorakılıqların qarşısını almaq üçün heç bir addım atmır.
Statistik məlumatlara görə, Myanma ordusunun Raxin vilayətində Ruhinca müsəlmanlarına olan hücumlarında 6 mindən çox insan qətlə yetirilib, 8 mindən çox insan isə yaralanıb. 500 mindən çox insan da soyqırımından amanda qalmaq üçün Banqladeşə sığınıb.