Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi
Şimali Koreya Vaşinqtonun bu ölkəyə qarşı təhdidlərini davam etdirəcəyi təqdirdə, ABŞ-ın Quam adasındakı hərbi bazasına raket zərbələri endirəcəyini bildirib.
İRNA-nın məlumatına görə, Şimali Koreyanın müdafiə nazirliyi bu gün şənbə bir bəyanat yayaraq, ABŞ prezidenti Donald Trampın Pxenyana qarşı təhdidlərini davam etdirəcəyi təqdirdə, Birləşmiş Ştatların Quam adasındakı hərbi bazasına raket zərbələri endirəcəyi barədə xəbərdarlıq edib.
Bəyanatda deyilir: Tramp Tvitterdə paylaşdığı yazılarda Şimali Koreyanı ciddi formada təhdid edir və ABŞ hökuməti Quam adasına modern silahlar və nüvə başlıqları göndərməklə məşğuldur.
ABŞ prezidenti Donald Tramp son zamanlar Tvitterdə paylaşdığı yazılarda Vaşinqtonun Şimali Koreyanı tərksilah etmək üçün hərbi gücdən istifadə edə biləcəyini deyib.
Sakit Okeanda yerləşən Quam adası ABŞ-ın strateji hərbi bazalarından biri sayılır.
Bu ada Filippinin şərqində və Koreya Yarımadasının cənubunda yerləşir.