ABŞ-ın Luiziana ştatındakı neft qurğusunda partlayış
-
هجدهمین نمایشگاه بینالمللی صنایع مخابرات و اطلاع رسانی با نام ایران تلهکام
Amerika rəsmiləri bildiriblər ki, Luiziana ştatındakı neft qurğusunda partlayış nəticəsində yeddi nəfər yaralanıb, bir nəfər də itkin düşübdür.
ABŞ rəsmiləri bu gün bildiriblər ki, Luiziana ştatındakı neft qurğusu öncə yanğına düçar olub, sonra isə partlayıbdır.
Yeddi nəfərin yaralanmasının elan olunması elə bir şəraitdədir ki, ABŞ polisi bu partlayışda Luiziana ştatındakı neft qurğusunun çoxlu sayda işçisinin yaralanmasından xəbər verir.
Amerika rəsmiləri daim bu ölkənin neftayırma zavodlarında və neft platformalarında çoxlu sayda partlayışın baş verməsi barədə məlumat verirlər.
Bundan öncə, yəni 2010-cu il aprelin onunda "Dip Vater Horizon" şirkətinin Meksika körfəzində yerləşən neft platformasında baş vermiş partlayışda on bir nəfər ölmüş, on yeddi nəfər də yaralanmışdı.