Ş.Koreya: Regionda atom müharibəsi hər an baş verə bilər
Şimali Koreyanın Birləşmiş Millətlər Təşkilatındakı ali heyətinin nümayəndəsi Amerika və Cənubi Koreyanın hərbi təlimləri ilə eyni zamanda deyib: Atom müharibəsi hər an baş verə bilər.
Şimali Koreyanın BMT-dəki səfirinin nümayəndəsi elə bir şəraitdə bu kimi təhlükədən xəbər verir ki, Amerika və Cənubi Koreya Koreya yarımadası regionunda 5 günlük hərbi təlimlərə başlayıblar. Deyilənlərə görə, bu təlimlər Vaşinqton ilə Seulun ən geniş miqyaslı hərbi təlimləri sırasındadır.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Ş.Koreyanın BMT-dəki nümayəndəsinin müavini dünən deyib: Koreya Xalq Demokratik Respublikası 1970-ci ildən bu günədək Amerika tərəfindən bir başa və kəskin şəkildə atom təhdidi ilə üz-üzə duran yeganə ölkədir.
O xəbərdarlıq edib ki, Amerikanın atom təhdidi və düşmən siyasəti aradan qaldırılmayınca Şimali Koreya özünün atom silahları və ballestik raketləri proqramını dayandırmayacaq.