BMT Baş Assambleyasında ƏMTP müdafiə edilib
https://azeri.sahartv.ir/news/dünya-i285357-bmt_baş_assambleyasında_Əmtp_müdafiə_edilib
Birləşmiş Millətlər Təşkilatının baş assambleyasının birinci komitəsinin iclasında Fransa və Almaniya nümayəndələri öz ölkələrinin Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası qarşısındakı öhdəliklərinə və bu nüvə razılaşmasının qorunub-saxlanılmasına təkid ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 17, 2017 11:41 Asia/Baku
  • BMT Baş Assambleyasında ƏMTP müdafiə edilib
    BMT Baş Assambleyasında ƏMTP müdafiə edilib

Birləşmiş Millətlər Təşkilatının baş assambleyasının birinci komitəsinin iclasında Fransa və Almaniya nümayəndələri öz ölkələrinin Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası qarşısındakı öhdəliklərinə və bu nüvə razılaşmasının qorunub-saxlanılmasına təkid ediblər.

İRNA-nın verdiyi məlumata görə, Almaniyanın BMT-dəki nümayəndəsi Maykl Biontino deyib: ƏMTP 13 illik diplomatik fəaliyyətin məhsulu olaraq beynəlxalq təhlükəsizliyə təzminatdır. 

Fransanın BMT-dəki nümayəndəsi Fransua Dilter də ölkəsinin İranla nüvə razılaşmasının mühafizə edilməsinə sadiq olduğunu bildirərək deyib: ƏMTP göstərdi ki, nüvə silahlarının yayılmasının qarşısının alınması diplomatiya və müzakirə yolu ilə idarə edilə bilər.