Barselona sakinləri İspaniya dövlətinin rəftarına etiraz olaraq aksiya keçiriblər
Okt 18, 2017 13:41 Asia/Baku
Barselona sakinlərindən olan minlərlə nəfər çərşənbə axşamı İspaniya dövlətinin Kataloniyanın müstəqilliyi tərəfdarlarına qarşı rəftarlarına etiraz olaraq aksiya keçiriblər.
Aksiya iştirakçıları Kataloniyanın müstəqilliyini himayə edənlərin liderlərinin azad edilməsini istəyiblər. İspaniya polisi onları "dövlətə xəyanət"də ittiham və həbs ediblər.
İspaniya Milli Məhkəməsi bazar ertəsi günü Kataloniyanın yerli rəhbərlərindən ikisi barəsində qərar çıxartdı. Bu iki nəfər Kataloniyanın müstəqilliyi ilə bağlı referendumu himayə etdikləri üçün həbs olunublar.
Kataloniya uzun illərdir ki, müstəqillik əldə etməyə çalışır.