Okt 19, 2017 18:09 Asia/Baku
  • Qərb sahilində sionistlərlə fələstinlilər arasında toqquşma
    Qərb sahilində sionistlərlə fələstinlilər arasında toqquşma

Çin ABŞ dövlət katibinin son bəyanatına cavab olaraq bildirib ki, ABŞ Pekinə qarşı baxışını dəyişməlidir.

FransPress-in Pekindən verdiyi məlumata görə, Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq bu gün bir mətbuat konfransında deyib; Ümid edirik Amerika Çinin beynəlxalq ictimaiyyətdəki rolu və bu ölkənin inkişafını insaflı dəyərləndirməyi bacaracaq və bu ölkəyə qarşı baxışını dəyişəcək. 

O deyib: Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə əsasən biz çoxtərəfli siyasətlərə dəstək verir və öz mənafe və hüquqlarımızı qətiyyətlə müdafiə edirik. 

ABŞ-ın dövlət katibi Reks Tillerson Pekinin Cənubi Çin dənizi barədə təşəbbüslərini qınayıb və onları təhrikamiz adlandırıb. Tillerson gələn həftə Hindistana səfər edəcək. 

Çin dövləti , Cənubi Çin dənizinin böyük hissəsinin mülkiyyətini özünə aid hesab edir və bəzi ölkələr o sıradan da Filippin, Malayziya, Bronei və Vyetnam bu dənizin bir hissəsinə mülkiyyət iddiasındadırlar. 

Teqlər