Okt 19, 2017 20:04 Asia/Baku
  • Vaşinqtonda prezidentin miqrasiya fərmanına qarşı etiraz aksiyası
    Vaşinqtonda prezidentin miqrasiya fərmanına qarşı etiraz aksiyası

ABŞ paytaxtı Vaşinqton şəhəri ABŞ prezidentinin miqrantlara qarşı fərmanı əleyhinə etiraz aksiyalarının şahidi olub.

Havai və Meriland ştatlarının məhkəmələrinin ABŞ prezidenti Trampın müsəlman ölkələrin vətəndaşlarına bu ölkəyə daxil olmaları üçün məhdudiyyətlər tətbiq edən fərmanının icrasını dayandırsalar da  Vaşinqtonda bu fərmanın əleyhinə aksiya keçirilib. Aksiyaçılara görə, bu kimi qərarlar irqçi mahiyyət daşıyır, ayrı-seçkiliyə yol açır və ABŞ konstitusiyasına ziddir. 

Trampın fərmanı onun seçki kampaniyalarında verdiyi vədləri çərçivəsində elan olundu amma üçüncü dəfədir ki ABŞ məhkəmələri onun icrasına imkan vermirlər. Sonuncuda məhkəmə rəsmiləri bildiriblər ki, ABŞ-ın miqrasiya qanunu prezidentə bu kimi məhdudiyyətlər tətbiq etmək icazəsi vermir və məhz buna görə də Trampın ABŞ-a səfər məhdudiyyət qoyan fərmanı Federal miqrasiya qanununa ziddir. 

ABŞ Ədliyyə Nazirliyi Trampın fərmanının icrasına mane olmaq üçün onu pisləyib və bildirib ki, bu fərmana qarşı şikayət hazırlayacaq. Ağ ev Ədliyyə Nazirliyinin bu qərarını biabırçılıq adlandırıb və bildirib ki, ABŞ dövləti məhkəmələrin Trampın siyasətini nəhayət təsdiqləyəcəklərindən əmindir. Amma ABŞ Dövlət Departamenti Çad, İran, Liviya , Somali , Suriya və Yəmən vətəndaşlarına vizanın keçmişdə olduğu kimi verilməsinin bərpa edilməsinə göstəriş verib. 

Teqlər