Okt 21, 2017 11:01 Asia/Baku
  • Pxenyan: ABŞ nüvə oyunu başladıb
    Pxenyan: ABŞ nüvə oyunu başladıb

Şimali Koreya cümə günü bildirib ki, bu ölkə ABŞ-ın təhdidləri ilə mübarizə aparmaq üçün öz nüvə qüdrətini artıracaq.

İRİB-nin verdiyi məlumata görə, Şimali Koreya Xarici İşlər Nazirliyinin Amerika Araşdırmalar Mərkəzinin üzvü Nam Hyok Tsen Rusiyanın paytaxtı Moskvada keçirilən Beynəlxalq Nüvə Tərksilahı iclasında deyib: ABŞ nüvə oyunu başladıb və Pxenyan öz nüvə sınaqlarını davam etdirəcək. 

Şimali Koreya Parlamentinin sədr müavini də bazar günü Rusiyanın Sankt Peterburq şəhərində Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında etdiyi çıxışında Şimali Koreyanın ABŞ-ın təhdidləri ilə mübarizə aparmaq üçün nüvə silahına ehtiyaclı olduğunu demişdi. 

An Tonq Çun Şimali Koreyanın nüvə və raket proqramının sırf önləyici xarakter daşıdığını da vurğulamışdı. 

ABŞ və Şimali Koreya arasındakı gərginlik Amerikada Donald Trampın hakimiyyətə gəlməsindən və onun Pxenyana qarşı düşən mövqe sərgiləməsindən sonra xeyli artıb. 

Tramp Şimali Koreyanı hərbi hücumla təhdid edib. 

Vaşinqton Koreya Yarımadasında gərginliyi artıran başlıca amil olaraq, Şimali Koreyanın öz hərbi nüvə və raket proqramlarını dayandırmasını istəyir. Pxenyan isə ABŞ-ın öz təhdidlərinə son qoymadığı zamana kimi nüvə və raket proqramlarını davam etdirəcəyini bildirib. 

Teqlər