Okt 21, 2017 21:29 Asia/Baku
  • ABŞ Koreya Yarımadasındakı təhrikedici hərəkətlərini davam etdirir
    ABŞ Koreya Yarımadasındakı təhrikedici hərəkətlərini davam etdirir

ABŞ hökumətinin Koreya Yarımadasındakı təhrikedici hərəkətlərinin davamında, ABŞ ordusunun 2 ədəd bombardmançı təyyarəsi Şimali Koreya səmasına yaxın ərazidə uçuş həyata keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Deyli Star qəzeti bu barədə yazır: ABŞ ordusunun nüvə başlığı daşıya bilən strateji bombardmançı təyyarələri şənbə günü Cənubi Koreya üzərində uçuş həyata keçirib. Bu, Şimali Koreya əleyhinə qorxu və dəhşət yaratmaq siyasətinin bir parçası sayılır. 

Bu məlumata görə, ABŞ-ın bu təhrikedici hərəkəti Şimali Koreya və ABŞ prezidentləri arasında söz atışmasının artması və Trampın Pxenyanı hərbi hücumla hədələməsindən bir neçə həftə sonra baş tutub. 

Deyli Star yazır: Şimali Koreyanın ballistik bir raket ilə yeni bir nüvə sınağı həyata keçirməsi ilə bağlı nigaranlıqların artdığı bir şəraitdə Tramp öz savaş gəmilərini o cümlədən təyyarədaşıyan USS Ronald Reyqan gəmisini Koreya Yarımadası sularında bir araya gətirməyə başlayıb. 

Teqlər