Ukrayna paytaxtında etiraz aksiyaları davam edir
-
Ukrayna paytaxtında etiraz aksiyaları davam edir
Ukraynada dövlət sistemində korrupsiyaya qarşı etiraz aksiyaları paytaxtda parlament binası qarşısında 5 gündür davam edir.
Spotnik xəbər agentliyinin verdiyi məlumata görə, Kiyevdə yüzlərlə adam Parlament binası qarşısında qurduqları çadırlarda 5 gündür ara vermədən etirazlarını davam etdirirlər. Aksiyaçılar siyasətçilərin məhkəmə toxunulmazlığına etiraz edirlər.
Aksiyalar çərşənbə axşamı günündən başlayıb. Etirazçılar korrupsiya ilə mübarizə məhkəməsinin yaradılması, Ukrayna qanunvericilərinin məhkəmə toxunulmazlığının ləğv edilməsini istəyirlər.
Bu etirazlar ukraynalı aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalara səbəb olub.
Ukrayna prezidenti Petro Proşenko oktyabrın 17-də parlamentə bir layihə təqdim etdi. Bu layihəyə görə deputatlar siyasi və məhkəmə toxunulmazlığına malik olacaqlar.. Layihə qəbul edilərsə bu qanun 2020-ci ildən işləyəcək.