Berlində etiraz aksiyası
-
Berlində etiraz aksiyası
Almaniya paytaxtı Berlində minlərlə sakin Almaniya üçün Alternativ partiyasının parlamentə yol tapmasına qarşı etiraz aksiyası keçirib.
FransPress bildirib ki, aksiyaçılar bazar günü üzərində " Almaniya üçün Alternativ Partiyasının qarşısını alın", " Ürəyim çüşidlilik üçün çırpınır" şüarları yazılmış plakatlar daşıyaraq, bu partiyanın parlamentə yol tampasına etiraz ediblər.
Aksiya elə bir şəraitdə keçirilib ki, Almaniya üçün Alternativ Partiyasının nümayəndələri iki gündən sonra ilk dəfə olaraq parlamentdə fəaliyyətə başlayacaqlar.
Avroap Birliyi və miqranta qarşı olan bu partiya 2017-ci il 24 sentyabr seçkilərində səslərin 12.6 faizini qazanaraq parlamentin 3-cü əsas partiyasına çevrildi.
Angela Merkelin Demokrat Xristian partiyası bu seçkilərdə səslərin 33 faizini əldə etdi.
Almaniyanın fəaliyyətdə olan hökuməti 2013-cü ildən bəri hakimiyyətdədir. Bu hökumət Xristian Demokrat , Sosial Demokrat və Sosial Xristian partiyalarının koalissiyasından yaranıb. Koalissiyaya Angela Merkel rəhbərlik edir.