Okt 24, 2017 09:48 Asia/Baku
  • Amerikan koalisiyanın yeni cinayəti \ 22 sivil suriyalı həlak oldu
    Amerikan koalisiyanın yeni cinayəti \ 22 sivil suriyalı həlak oldu

ABŞ-ın başçılıq etdiyi beynəlxalq anti-İŞİD koalisiyasının dünən Suriyanın şərqində, Deyrəzzura olan hava hücumlarında 22 mülki həyatını itirib.

Çin xəbər agentliyinin verdiyi məlumata görə, bu hücumda onlarla mülki də yaralanıb. 

20 oktyabrda da Amerikan koalisiyanın qırıcıları Rəqqə şəhərində 35 mülkinin həyatına son qoymuşdu. 

Suriya dövləti dəfələrlə BMT və BMT TŞ-nin başçılarına məktublar göndərərək, Amerikan koalisiyanın Suriyada törətdiyi cinayətlərin durdurulmasını istəsə də, indiyə kimi bu istiqamətdə hansısa təsirli addım atılmayıb. 

Teqlər