Rusiya: Moskva Talibləri himayə etmir
Rusiya Xarici İşlər Nazirliyi bazar ertəsi günü bir bəyanat yayaraq, Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəninin Moskvanın Talibləri himayə etməsi ilə bağlı son açıqlamasını rədd edərək, bunu qəbuledilməz adlandırıb.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əşrəf Qəni bazar ertəsi günü Əfqanıstanın cənub-şərqində yerləşən Pəktiya vilayətinə baxış keçirdiyi zaman Rusiya və Pakistanı Talibləri himayə etmək, onları maliyyələşdirmək və silahlandırmaqda ittiham edib.
Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Moskva Əşrəf Qəninin sözlərinin əksinə olaraq, daim əfqan qüvvələrin terrorçular ilə mübarizədəki əməliyyat bacarığını artırmaq və bu ölkədə sülh müzakirələrinin başlanmasına kömək etmək üçün aktiv iştiraka malik olub.
Rusiya Xarici İşlər Nazirliyi həmçinin, Əfqanıstan prezidentindən Qərb mediaların anti-Rusiya təbliğat kampaniyasına daxil olmamasını istəyib.
ABŞ-ın CNN telekanalı son zamanlar Taliban yaraqlı şəbəkəsi adlandırdığı yaraqlılar barəsində video-görüntülər yayımlayıb. Bu görüntülərdə yaraqlılar Rusiya istehsalı olan silahları təmizləməklə məşğuldurlar.
Rusiya Xarici İşlər Nazirliyi CNN telekanalının bu iddiasını rədd edərək, bu silahların ABŞ-ın Əfqanıstana hücum etdiyi zaman Vaşinqton tərəfindən bu ölkəyə gətirildiyini bildirib.